“Moskva dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesində Azərbaycan və Ermənistana məsləhət yardımı göstərməyə hazırdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.
“Biz Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini dəstəkləyirik. Hesab edirik ki, o, davamlı, balanslaşdırılmış və qarşılıqlı məqbul olmalıdır. Lazım gələrsə, tərəflərə məsləhətçi yardım göstərməyə hazırıq”, – səfir bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya tərəfi Bakı ilə İrəvan arasında davam edən münasibətlərin normallaşması prosesini, o cümlədən mayın 10 və 11-də Almatıda iki ölkənin xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqları alqışlayır: “Bu, Cənubi Qafqazda davamlı sülh və firavanlığa nail olmaq üçün daha bir addımdır”.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivlərinə gəlincə, Rusiya səfiri qeyd edib ki, bu, Bakı və İrəvanın siyasi iradəsindən asılı olacaq: “Ümid edirəm ki, bu, tezliklə baş verəcək”.
Azpost.info