“NATO-nun Ukrayna ərazisinə qoşun yerləşdirmək planları yoxdur”- STOLTENBERQ

NATO-nun Ukrayna ərazisinə qoşun yerləşdirmək planları yoxdur, lakin Alyans üzvlərinin Kiyevə müxtəlif dəstək vermək hüququ var.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Ukraynanın beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququ var. Bizim də Ukraynaya dəstək vermək hüququmuz var. Müttəfiqlər Ukraynaya müxtəlif yollarla yardım edir. NATO-nun Ukraynada qüvvələr yerləşdirmək planı yoxdur”, – Baş katib bildirib.

Stoltenberqin sözlərinə görə, NATO Ukraynanı sabit, uzunmüddətli dəstək və lazımi uzunmüddətli maliyyə ilə təmin etməyə çalışır. Onun fikrincə, Ukraynaya yardımda fasilələr təkrarlanmamalıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.