Hollivudun analoqu olan şəhərcik tikiləcək- Səmərqənd yaxınlığında

ABŞ-ın “Daha USA Group” və Çinin “Yiwu Compass Trading” kompaniyaları Özbəkistanın Səmərqənd vilayətinin Aksay Nurabad rayonunda Hollivudun analoqu olan Sollywood kino şəhərciyi tikəcək.

Layihənin reallaşdırılması üçün 160 hektar ərazi ayrılıb. “Cinema City Sollywood” adlı şəhərcikdə çəkiliş üçün pavilyonlardan əlavə, müasir 3 və 4 ulduzlu otellər, restoran və kafelər, mədəniyyət və istirahət parkı, akvapark, kino və konsert zalları da inşa ediləcək. Layihənin müəllifi Hakimcon Mamasoliyevin sözlərinə görə, artıq 2022-ci ildə şəhərciyin əsas obyektlərində film istehsalı başlanacaq.

Qeyd edək ki, hazırda Özbəkistanda “Özbəkfilm” dövlət unitar müəssisəsi ilə yanaşı, hər il yüzə yaxın tammetrajlı bədii, animasiya və sənədli filmlər istehsal edən onlarla fərdi kinokompaniya və yaradıcılıq birlikləri fəaliyyət göstərir(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir