Kəlbəcərdən olan fermer Rəşid Abbasov DİN-nin mətbuat xidmətinin regional qrupunun onun yaylaq ərazilərini zəbt etməsinə dair açıqlamasına münasibət bildirib.
Azpost.info bildirir ki, fermer gununsesi.info-ya deyib ki, adıçəkilən örüş-otlaq sahəsinə artıq bir neçə ildir ki, mal-qarasını aparır: “Dədə-babadan da buralarda bizim və ətraf kəndlərin sürüsü otlayıb. İndi Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qanunsuz əməllərlə məşğuldur. Mən isə buna etiraz etdiyimə görə haqqımda qarayaxma kampaniyası aparmağa çalışır. Qızımın yoldaşı şəhid olub, onun təsərrüfatını, şəhid Fərzəliyev Məmmədyarın oğlu Ayəddinin və 2 ci qrup Qarabağ müharibəsi əlili, polkovnik Qadir Vəlişovun təsərrüfatını mənim təsərrüfatımla birlikdə Kəlbəcərə aparmişiq. Heç bir maddiyatdan söz gedə bilməz. Torpaq satanlar məlumdur”.
R.Abbasov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları koordinatları göstərmədən ümumi məktub yazıblar, polis də buna istinadən belə açıqlama yayıb.