Ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayı açıqlanıb

Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 32 nəfəri kişi, 19 nəfəri isə qadındır.

Bu barədə Vəkillər Kolleksiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, ümumilikdə qadın vəkillərin sayı 503 nəfər olmaqla, ümumi vəkillərin 18%-ni təşkil etməkdədir.

“2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 13 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 5488 namizəddən 1627 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran ümumilikdə 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar”, – o əlavə edib(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.