Arda Gülər Ronaldonu qabaqlayıb

Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Gülər AVRO-2024 başladıqdan sonra sosial mediada ən çox izləyici qazanan futbolçu adına yiyələnib.

Bununla bağlı İspaniya mətbuatı məlumat yayıb.

Araşdırmaya əsasən, Avropa çempionatının startından qrup mərhələsinin son oyunlarına qədər 19 yaşlı futbolçu 1 milyon 93 min 669 yeni izləyici qazanıb. Kriştiano Ronaldoda isə bu göstərici 996 min 661 nəfərdir.

Qeyd edək ki, Türkiyə millisi 1/8 finalda Avstrya ilə, Portuqaliya isə Sloveniya ilə üz-üzə gələcək(idman.biz).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.