“Taliban” digər ölkələrlə əlaqələri inkişaf etdirmək istəyir

“2021-ci ilin yayında Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı beynəlxalq ictimaiyyətlə əlaqələr qurmaq və inkişaf etdirmək qabiliyyətini sübut edib”.

Azpost.info xəbər verir ki, bunu “Taliban”ın rəsmi nümayəndəsi Zəbihullah Mücahid Dohada Əfqanıstanla bağlı konfransda çıxışı zamanı deyib.

“Əfqanıstan İslam Əmirliyinin regionun və dünyanın çoxlu ölkələri ilə qarşılıqlı əlaqəsi Əfqanıstan hökumətinin də eyni şəkildə əlaqələri inkişaf etdirmək iradəsinə və qabiliyyətinə malik olduğunu sübut edir. Digər ölkələr, xüsusən də Qərb ölkələri real və praktiki yanaşma çərçivəsində münasibətləri inkişaf etdirmək yolları qarşısındakı maneələri aradan qaldıra və müsbət qarşılıqlı fəaliyyətə doğru irəliləyə bilər”, – o bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.