Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb- Pilot həlak olub

Gürcüstanın Bolnisi rayonunun Disveli kəndində hərbi helikopter qəzaya uğrayıb.

Azpost.info xəbər verir ki, bu barədə Bolnisi merinin nümayəndəsi Zurab Şainidze bildirib.

Onun sözlərinə görə, helikopterin qəzaya uğraması nəticəsində pilot Kaxaber Zurabaşvili həlak olub.

Gürcüstan Müdafiə Nazirliyinin rəsmi məlumatında qeyd olunur ki, hazırda hadisənin baş vermə şəraitinin araşdırılması üçün ərazidə müvafiq işlər aparılır.

Digər təfərrüatlar hələ açıqlanmayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.