Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakı-Şamaxı yolundakı sürüşmə sahəsində çatlar yaranıb

Orkhan Ali 04 İyul 2024 - 13:38 (Last updated: 21 May 2025 - 20:15)
aaa

Son günlər ölkə ərazisində ekzogen geoloji proseslərin-torpaq sürüşmələrinin dinamikasında artım müşahidə olunmaqdadır. Proseslərin inkişafında klassik sürüşmə ocaqlarının mövcudluğu ilə yanaşı 2024-cü ilin iyun ayı ərzində ölkə ərazisində, xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli, lakin leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb.

Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev açıqlama verib.

Onun sözlərinə görə, dağlıq rayonlarda ay ərzində 24 gün yağıntılı keçib və yağıntının miqdarı normadan çox olub, bu da sürüşmələrin mövsümə uyğun olmayan anomal təzahürlərini şərtləndirib: “Qısa dövr ərzində Quba rayonunun Xınalıq, İsmayıllı rayonunun Namazgah-Lahıc, Qoydan və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75.2-ci kilometrliyində baş verən nisbətən iri sürüşmə sahələrinin qeydə alınması təbii geoloji, texnogen və iqlim faktorlarının birgə təsiri nəticəsində formalaşıb”.

Əli Əliyev bildirib ki, Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri tərəfindən ən iri sürüşmə ocağı olan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75.2-ci kilometrliyindəki sürüşmə sahəsinə operativ mühəndis-geoloji baxış keçirilib, prosesin baş vermə səbəbləri və onun inkişaf perspektivliyi qiymətləndirilib.

“Sözügedən sürüşmə ərazisinin geoloji quruluşunda üst qatda Holosen yaşlı elüvial-delüvial, kollüvial, alt qatda isə Orta-Üst Miosenin Diatom lay dəstəsinin çöküntüləri iştirak edir və əsasən yarımbərk konsistensiyalı ağır gilcələr və gillərdən ibarət olan bu çöküntülər (qalınlığı 2-5 m) intensiv atmosfer çöküntülərinin düşməsi ilə ciddi islanmaya, şişməyə və destruksiyaya məruz qaldığından dayanıqlığı pozulmuş substansiya şəklini alıb.

Ərazinin relyef-morfoloji xüsusiyyətlərinə (yamacın mailliyi 40-450) və infiltrasiya sularının Ceyrankeçməz dərəsinə doğru olması asılı nəmlənmiş kütlənin sürüşməsinə əlverişli zəmin yaradıb və proses 2 mərhələdə baş verib.”

Mütəxəssis qeyd edib ki, sözügedən sahədə sürüşmə prosesinin formalaşmasında təbii geoloji şərait əlverişli sayılsa da, hazırkı proses bilavasitə iqlim faktorları və avtomobil yolundan iri tonnajlı yük avtomobillərinin keçməsi ilə şərtləndirilir.

“Baş vermiş sürüşmə (detruziv tipli) sahəsinin eni 50-52 m, uzunluğu 165-170 m, qırılma qaşının hündürlüyü 4-4,5 m arasında dəyişir.
Proses nəticəsində sürüşmə gövdəsi üzərində eni 0,05-0,95 sm, uzunluğu 2-6 m, görünən dərinliyi 1,3-3,5 m və avtomobil yolunun sağ zolağında müxtəlif istiqamətli çatlar əmələ gəlib.

Qırılma qaşının vertikal kəsiyində qeydə alınan infiltrasiya sularının çıxışlarının olması hazırda proseslərin aktiv fazada olmasının göstəricisidir. Monitorinqlər davam edir”(apa).

Post navigation

Previous: Fransa klubunun futbolçusu skuterlə adam öldürüb
Next: Noyabrda bu liderlər COP29 üçün Bakıya gələcək

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev İstanbulda keçirilən peşəkar boks qarşılaşmasında türkiyəli Ümit Çamkırana qalib gəlib....
Read more about İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.