Merih Demiral UEFA tərəfindən 2 oyunluq cəza verilməsinə dair yayılan xəbərlər həqiqəti əks etdirmir.
APA “NTV Spor”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, UEFA-nın Merih Dəmiralla bağlı araşdırması davam edir.
Qeyd edək ki “Bild” qəzeti Avropa çempionatında Avstriya ilə matçda qol vurduqdan sonra qələbəsini “Bozqurd” işarəsi ilə qeyd edən Türkiyə millisinin üzvü Merih Demirala 2 oyunluq cəza verilməsi barədə məlumat yaymışdı.