Niderland Türkiyəni məğlub edərək yarımfinala yüksəlib –AVRO-2024

Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində Niderland və Türkiyə milli komandaları üz-üzə gəlib.

Oyunda hesab 35-ci dəqiqədə açılıb. Arda Gülerin ötürməsini Samet Akaydın qola çevirib.

Oyunun 70-ci dəqiqəsində Stefan De Fray hesabı bərabərləşdirib.

6 dəqiqə sonra Mert Müldür topu öz qapısına göndərib.

Bununla da Niderland millisi Avropa çempionatının yarımfinalına yüksəlib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.