Oğuzda 2 yaşlı uşaq kanalda boğulub

Bədbəxt hadisə rayonun Qumlaq kəndində baş verib.

Mingəçevir şəhərindən babasıgilə qonaq gedən 2 yaşlı Ayxan Əzizov həyətyanı ərazidən keçən su kanalına düşərək boğulub.

Hadisədən xəbər tutan ailə üzvləri körpəni həkimə çatdırmaq istəsələr də, o, yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.