“İnter” İran millisinin hücumçusu ilə 3 illik müqavilə bağlayıb

İtaliyanın “İnter” komandası hücum xəttini gücləndirib.

Milan təmsilçisi İran yığmasının futbolçusu Mehdi Taremini transfer edib. Otuz iki yaşlı forvardla üç illik müqavilə imzalanıb.

Təcrübəli oyunçunun son klubu Portuqaliya təmsilçisi “Portu” olub.

Qeyd edək ki, “İnter” daha əvvəl Pyotr Zelinski və Xosep Martinesi heyətinə qatıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.