“Beşiktaş” Cenk Tosunla yollarını ayırıb

Türkiyə Super Liqa təmsilçilərindən “Beşiktaş” futbolçusu Cenk Tosunla yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Reklamınızı SmartBee ilə effektiv edin.

 

“Ağ-qara” klub göstərdiyi səylərə görə 33 yaşlı futbolçuya təşəkkür edib: “İlk dəfə 2014-cü ildə yollarımız kəsişən, milli komandamızın dəyərli oyunçusu, qazandığımız üç Super Liqa və iki Türkiyə Kubokunda pay sahibi olan Cenk Tosuna klubumuzda göstərdiyi səylərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq”.

Xatırladaq ki, Cenk Tosun digər Super Liqa təmsilçisi “Fənərbaxça” ilə müqavilə imzalamağa çox yaxındır. “Qartallar”la yeni sözləşmədə razılaşa bilməyən mərkəz hücumçusu “Fənərbaxça” ilə son detalları müzakirə etmək üçün bu gün İstanbula gələcək.

“Sarı-lacivərlilər”lə müqavilənin 1+1 il müddətinə imzalanacağı gözlənilir.

2017-2018 mövsümündə “Everton”a gedən Cenk Tosun İngiltərənin “Kristal Palas” klubunda da çıxış edib. O, karyerası ərzində 487 matçda 195 qol vurub, 60 məhsuldar ötürmə edib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.