Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Banner

Ayaz Mütəllibovu prezident postuna qaytaran məşhur iclas –

User 14 Sentyabr 2025 - 17:03 (Last updated: 19 Aprel 2026 - 17:17)
ayaz02 esas

1990-cı illərn əvvələri Azərbaycan dövləti üçün ağır sınaqlar dövrü oldu. Ölkənin ərazi bütövlüyünün pozulamsı, Qarabağ davası və siyasi böhran Azərbaycanın gələcəyi üçün ciddi təhdidlər yaradırdı. 

Azpost.info bildirir ki, 1992-ci ilin mayın 14-ü Azərbaycanda baş vermiş növbəti siyasi gərginliklə yadda qalıb. Həmin gün cəmi 2 ay əvvəl istefaya göndərilmiş sabiq prezident Ayaz Mütəllibov vəzifəsinə bərpa olunub. Ali Sovetin həmin gün çağırılmış fövqəladə sessiyası A.Mütəllibovun geri dönüşünü təmin edib.

Qeyd edək ki, Xocalı soyqırımından sonra ölkəni bürümüş dövlət böhranı mart ayının 5-də Ayaz Mütəllibovun istefaya getməsi ilə nəticələndi. Onu Xocalı qırğınının qarşısını ala bilməməkdə və siyasi idarəçilikdə səhvlərdə ittiham etdilər.

Martın 25-də Azərbaycanda növbəti prezident seçkiləri elan edildi. Bu iki aylıq dönəmdə Ali Sovetin sədri Yaqub Məmmədov prezident səlahiyyətlərinin icrasıçı oldu.

May ayında baş qaldıran növbəti siyasi gərginlik yenidən artan dalğa ilə getdi və mayın 8-də Şuşanın işğalı ilə kəskinləşdi. Bunun fonunda sabiq prezidentin yenidən vəzifəsinə bərpa olunması üçün kampaniya başlandı. Nəticədə 1992-ci ilin mayın 14-də Ayaz Mütəllibov prezident kürsüsünə qayıtdı.

“Youtube”da Ali Sovetin həmin iclasının gedişatı ilə bağlı unikal görüntülər yayımlanıb. O zaman populyar proqram olan “215 KL” studiyası tərəfindən lentə alınan bu görünütlər o dövürn maraqlı və gərgin tablosunu göstərir.

Kadrlarda iclas salonundakı gərginlik, deputatların çıxışı var. Burada o dövrün siyasi həyatında tanınan xeyli şəxsi görmək mümkündür.

Vəzifəsinə qayıdan Ayaz Mütəllibovun çıxışı zamanı bildirir ki, SSRİ dağılandan sonra dünyada yeni geosiyasi vəziyyət yaranıb. O deputatlara deyir ki, səhvlərini başa düşüb və birgə işləmək üçün hamıya çağıırş edir.

Qeyd edək ki, Ayaz Mütəllibovun prezident postuna qayıtması cəmi bir gün çəkib. Mayın 15-də Azərbaycan Xalq Cəbhəsi onun qayıdışını konstitutsiyaya zidd elan edib və Ali Sovetin binasına doğru çoxminli dinc kütləvi etiraz aksiyası təşkil edib. Nəticədə Ayaz Mütəllibov vəzifəsini tərk edərək Moskvaya getməli oldu.

20 ilə yaxın Rusiyada yaşayan Ayaz Mütəllibov daha sonra Azərbaycana qayıdıb. Milli Məclisdə qəbul olunan “eks-prezidentlər” haqqında qanuna uyğun olaraq status alıb. Ayaz Mütəllibov 2022-ci il martın 27-də Bakıda vəfat edib.

Fəxri Xiyabanda dəfn edilib.

Azpost.info

 

AzPost.az

Post navigation

Previous: 70 yaşında sağlam olmaq hansı qidaları yemək lazımdır?
Next: Xankəndidə terror törətmək istəyən Karen Avanesyan saxlanldı-

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.