“Ağdaş” futbol klubunun prezidenti çayda boğularaq ölüb

Ağdaşda futbol klubunun prezidenti çayda boğulub.

Hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb.

Rayon sakini, 1988-ci il təvəllüdlü Fərid Ağazadə çayda çimərkən boğulub. Onu sudan çıxartmağa çalışan qohumu, 1990-cı il təvəllüdlü Rəhman Əliyev də boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rəhman Əliyev Azərbaycanın futbol üzrə II Liqa təmsilçisi “Ağdaş” klubunun rəhbəridir(report).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.