Amerikalı sahibkar İlon Mask radikal fəalları dəstəklədiyinə görə Demokratlar Partiyasını antiamerikanizmdə ittiham edib.
Azpost.info xəbər verir ki, bu barədə o, X-də paylaşım edib.
“Demokratik Partiya antiamerikanizmin evidir”, – Mask yazıb.
“The Hill”in yazdığına görə, İsrail Baş naziri Benyamin Netanyahunun Konqresdəki çıxışına qarşı keçirilən kütləvi etiraz aksiyasının iştirakçıları Vaşinqtondakı qatar stansiyasında ABŞ bayraqlarını cırıb yandırıblar, daha sonra onları Fələstin bayraqları ilə əvəz ediblər.
Azpost.info