Barak və Mişel Obama Harrisin namizədliyini dəstəkləyir- "NBC News"

ABŞ-ın keçmiş prezidenti Barak Obama prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini bəyan etməyə hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

Dörd mənbə telekanala bildirib ki, siyasətçilər Harrisin namizədliyi irəli sürüldükdən sonra yaxın təmasda olublar.

Mənbələr Obamanın Harrisin namizədliyini tam dəstəklədiyini və tezliklə bunu ictimaiyyətə bəyan edəcəyini bildiriblər.

Obamanın Harrisə dəstəyini nə vaxt elan edəcəyi dəqiq bilinmir. Mənbələrdən biri qeyd edib ki, eks-prezident öz çıxışının prezident Co Baydenin xalqa son müraciətinə kölgə salmasını istəmir.

“NBC News”un iki mənbəsi əlavə edib ki, Harrisin namizədliyini keçmiş prezidentin həyat yoldaşı Mişel Obama da dəstəkləyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.