“Müxalifət qalib gəlsə, Gürcüstan yenidən müharibəyə cəlb olunacaq” –Baş nazir

Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində müxalifət qalib gəlsə, Gürcüstan yenidən müharibəyə cəlb olunacaq. Bununla da Gürcüstan Ukraynadan da acınacaqlı vəziyyətə düşəcək.

Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra ölkə daxilindəki müxalifət, Ukrayna rəhbərliyi, eləcə də bəzi ölkələr Gürcüstanı münaqişə zonasına hərbi personal göndərməyə çağırıb. Lakin Gürcüstan hökuməti buna imkan verməyib.

“Gürcüstan hakimiyyəti ölkənin yenidən müharibəyə cəlb olunmaması, sülh və sabitlik şəraitində yaşaması üçün əlindən gələni edib. İnanıram ki, gürcü xalqı da ölkənin yenidən müharibəyə cəlb olunmaması üçün oktyabrın 26-da düzgün seçim edəcək”, – deyə Kobaxidze vurğulayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.