Almaniya Ukrayna məsələsində Rusiya ilə NATO münasibətlərinin kəskinləşməsinə yönəlməyən qərarlar qəbul edir.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Bütün qərarlarımız elə ölçülür və qəbul edilir ki, Ukrayna münaqişəsi Rusiya ilə NATO arasında müharibəyə çevrilməsin”, – Şolts bildirib.
O əlavə edib ki, Berlin Kiyevi dəstəkləməyə davam edəcək.
Kansler Moskvanın Ukrayna ilə bağlı növbəti konfransda iştirakının mümkünlüyünü istisna etməyib.
Azpost.info