İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışı göstərdi ki, o, Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına və girovların azad edilməsinə razılıq vermək istəmir.
Azpost.info xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında dərc olunmuş bəyanatda deyilir.
“Netanyahunun girovların qaytarılması cəhdlərinin intensivləşdirilməsi barədə danışması tamamilə yalandır. Bu yolla o, İsrail, ABŞ və beynəlxalq ictimai rəyi çaşdırır. HƏMAS-ın göstərdiyi çeviklik və müsbət münasibətə baxmayaraq, müharibəni bitirmək və məhbusları azad etmək üçün Misir və Qətərdəki qardaşlarımızın bütün səylərini əngəlləyən məhz Netanyahu olub”, – HƏMAS-dan bildirilib.
Azpost.info