Sosial şəbəkədə övladını satmaq istəyən ana haqqında araşdırma başlanıb

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşım edən ana ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirlərin dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

“Bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq”, – deyə məlumatda qeyd edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.