“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlıq edirik”- MSK sədri

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə uzun illərdir əməkdaşlıq edirik. Avqustun 1-dən qurumun uzunmüddətli missiyası ölkəmizdə fəaliyyətə başlayıb.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov avqustun 9-da jurnalistlərə müsahibəsində deyib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun öz nümayəndələrini Azərbaycanın müxtəlif bölgələrində yerləşdirdiyini vurğulayan M.Pənahov qeyd edib ki, həmin nümayəndələr seçkiqabağı proseslər, məntəqələrin seçkilər üçün nə dərəcədə hazır olması ilə bağlı müşahidələr aparırlar. “Biz onlarla məhsuldar əməkdaşlıq edirik. İclaslarımızda da iştirak edirlər. Mərkəzi Seçki Komissiyasının Müstəqil Media Mərkəzi də onların üzünə açıqdır”, – deyə o əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.