“Leykemiya xəstəsi olan ailələrlə iş” adlı layihə 01 avqust 2024-cü il tarixindən 31 oktyabr 2024-cü ilə qədər davam edəcək.
Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova bildirib ki, Azərbaycan Respublikası ərazisində təqribən 3000 yaxın müxtəlif yaş kateqoriyalı leykemiyalı xəstə vətəndaşlarımız var: “Leykemiya xəstəliyinin yayılma tezliyi ölkədə müxtəlif regionlarda olmasına baxmayaraq, lakin yeganə müalicə ocağı Bakı şəhərində olduğu üçün xəstəsi olan ailələr öz doğma yurdlarından köçüb, Bakı və Sumqayıt şəhərlərində yaşamaq məcburiyyətindədirlər. Belə olan halda onların yaşayış şəraitləri yaxşı olmadığı guman edilir, ailədə digər ailə üzvlərinin mütəmadi təhsil almaq, yaxşı işlə təmin olunmaq ehtimalı azalır. Bu vətəndaşlar xəstəliyin müalicəsinə daha cox vaxtlarını ayırdıqlarına görə ölkədə gedən siyasi-ictimai proseslərdən xəbərləri olmur və buda onların həyat səviyəsinin yaxşılaşmasına imkan vermir. Bir cox xəstələr öz hüquqlarından xəbərdar olmadıqlarına görə dövlətin onlara ayırdığı sosial imtiyazlardan istifadə edə bilmirlər. Dövlətin humanitar siyasətindən məlumatları yoxdur. Bütün deyilənləri nəzərə alıb, leykemiya xəstəsi olan ailələrin sosial vəziyyətinin öyrənilməsi və monitorinqi zəruri olduğu üçün onlara hüquqi yardım göstərilməsi vacibdir. Hüquqlarını biləndən sonra xəstə uşaqlarına daha cox kömək edə bilərlər. Həm təhsildə həmdə sosial müdafiəsində hüquqlarından istifadə edərək leykemiyanın müalicəsində uğur qazana bilərlər. Leykemiyadan sağalan uşaqların şansları 85-90 %”.
QHT sədri həmçinin qeyd edib ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Leykemiya xəstəsi olan ailələrlə iş” adlı layihə maliyyələşdirilib: “Layihə 01 avqust 2024-çü il tarixindən 31 oktyabr 2024-cü ilə qədər davam edəcək. Tibb elminin inkişafı Azərbaycana təsir etdiyinə görə qan xərçəngindən əziyyət cəkən insanlar vaxtında tibb müəssisələrinə müraciət edərək adekvat müalicə alır və sağlamlığına qovuşur. Sağalmada yüksək nəticələri nəzərə alıb, bu barədə əhali arasında düzgün məlumatlandırma kampaniyasının kecirilməsi zəruridir. Bakı və Sumqayıt şəhərlərində leykemiyalı xəstəsi olan ailələr ilə görüşlər keçiriləcək, sorğu anketləri əsasında ailələrin sosial problemləri araşdırılaçaq və hüquqi yardımım göstərlməsi üçün təlimlər keçiriləcək. Təlimlərə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığortanın, Təhsil Nazirliyinin, TƏBİB-in, Dövlət Sosial Müdafiə fondunun, Yerli İcra strukturlarının və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşları cəlb ediləcək. Əldə edilən nəticələr haqqında cəmiyyətə KİV-in dəstəyi ilə catdirilması nəzərdə tutulub”.