Gürcüstanda Saakaşvilinin iqamətgahı hərraca qoyulub satıldı –QİYMƏT

Gürcüstan hakimiyyəti “Biznes üçün 100 sərmayə təklifi” layihəsi çərçivəsində keçirilən hərracda sabiq prezident Mixeil Saakaşviliyə aid olan iqamətgahı 7,5 milyon lariyə (2,7 milyon dollar) satıb.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

Qeyd edilir ki, iqamətgah Svaneti yüksək dağlıq regiondakı Mestiya qəsəbəsində yerləşir. İqamətgah 2011-ci ildə tikilib.

Saakaşvilinin iqamətgahdan istifadə edib-etməməyə vaxt tapıb-tapmaması məlum deyil. Çünki 2012-ci ildə onun partiyası parlament seçkilərində məğlubiyyətə uğrayıb və bundan 1 il sonra Saakaşvilinin prezident səlahiyyətlərinin müddəti başa çatıb.

Turnavanın sözlərinə görə, “Biznes üçün 100 sərmayə təklifi” layihəsi müvəffəqiyyətlidir. Özəlləşdirmə yüksək templə aparılır. (Report)

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir