“Susun…”- Bayden Putinlə bağlı sual verən müxbirə acıqlandı

ABŞ lideri Co Bayden onun sözünü kəsən və Rusiya prezidenti Vladimir Putinlə bağlı sual verən jurnalistə sərt təpki verib.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Belə ki, Britaniyanın “Sky News” telekanalının müxbiri Baydenə Britaniya Baş naziri Key Starmerlə görüşündə açılış bəyanatı verməyə macal tapmamış sual verib.

“Mən danışıb bitirinə qədər susun, yaxşı? Bax, mən bunu deyirəm. Yaxşı fikirdi?”- Bayden jurnalistə reaksiya verib.

Bu addımı ilə jurnalist protokolu pozub. Qaydalara görə, jurnalistlər yalnız xarici liderlər danışdıqdan sonra sual verə bilərlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.