Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar

Orkhan Ali 18 Sentyabr 2024 - 16:43 (Last updated: 21 May 2025 - 20:15)
q

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri bu gün Kəlbəcərə səfər çərçivəsində “İstisu” mineral su zavodunda olub.

Qonaqlar müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.

Diplomatlara məlumat verilib ki, “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyu 30 illik müddətdən sonra yenidən istehsal etməyə başlayıb.

Bildirilib ki, Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına ilk dəfə 1976-cı ildə başlanılıb. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində istehsal dayanıb.

Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.

Zavodun açılışı bu il sentyabrın 2-də baş tutub. Açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Qonaqlara zavodda istehsalı olunan “İstisu” mineral suyu barədə ətraflı məlumat verilib. Diplomatlar zavodu gəzib, istehsal prosesi ilə tanış olub, suyun dadına baxıblar.

 

 

Post navigation

Previous: Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb
Next: Pezeşkian Prezident Administrasiyasında kürəkəninə vəzifə verib

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Tramp İran məsələsində Rusiya və Çindən kömək istəyib” – Tofiq Zülfüqarov

User 20 Noyabr 2026 - 12:04
ilham vyetnam bas nazir
  • Siyasət

İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşüb – YENİLƏNİB

User 20 Noyabr 2026 - 09:36
ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16

xƏBƏR

tramp netanyahu
  • Dünya

ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir

User 20 Noyabr 2026 - 17:26
İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir. CBS News-un məsələdən...
Read more about ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir
Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı polsa rak
  • Dünya

Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı

User 20 Noyabr 2026 - 16:55
Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir 1704954558_telebe1
  • Sosial

Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir

User 20 Noyabr 2026 - 16:44
Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb? arxeolo seher01
  • Maraqlı

Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb?

User 20 Noyabr 2026 - 16:39
Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin yalanci
  • Sosial

Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin

User 20 Noyabr 2026 - 16:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.