Müsavat başqanı İsa Qəmbər Avropa Parlamentinin liberal-demokratlardan ibarət fraksiyası olan ALDE-nin konqresində iştirak edir.
Azpost.info bildirir ki, bu barədə İsa Qəmbəri səfərdə müşaiyət edən müavini Arif Hacılı məlumat verib.
Konqres Portuqaliyanın Lissabon şəhərində keçirilir.
ALDE konqresinin toplanyısında Avropanın 30 dan artıq ölkəsini təmsil edən siyasi partiya liderləri qatılıb.
Konqres günlərində Cənubi Qafqaz respublikaları siyasi partiya liderləri və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə təşkil olunan Cənubi Qafqaz regionunun problemlərinə dair Dəyirmi Masa keçiriləcək.
