Rusiyadan Paşinyanın Zəngəzur dəhlizinə nəzarətlə bağlı bəyanatına reaksiya

Rəsmi Moskva Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə ancaq monitorinq funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ölkəsinin Cənubi Qafqazda kommunikasiyaların açılması və Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yola nəzarətlə bağlı üçtərəfli formatda əldə olunan razılaşmaları əsas götürdüyünü söyləyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tapşırığı ilə yaradılan üçtərəfli işçi qrup tərəfinin bu istiqamətdə böyükiş görülüb, Azərbaycanın əsas hissəsindən və Naxçıvandan Ermənistanın Syunik vilayətindən tranzit daxil olmaqla dəmiyolu əlaqəsinin blokdan çıxarılmasının əsas parametrləri razılışadırılıb. “Ona görə də, biz buna (üçtərəfli razılaşmalara-red) alternativ görmürük və bu istiqamətdə işləməyə davam edəcəyik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.