“Əhalinin əksəriyyət övladını hərbi xidmətdən yayındırmaq istəyir” –Paşinyan

Ermənistan əhalisinin mütləq əksəriyyəti övladını hərbi xidmətdən yayındırmaq istəyir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

O bildirib ki, bu amil ailə planlaşdırılması məsələsinə ciddi şəkildə təsir göstərir.

“Bunun səbəbi odur ki, insan öz övladını hərbi xidmətə göndərməmək haqqında düşünür. Digər problem isə 4 oğlu olan vətəndaşın bu fikrə düşməsindədir”, – Paşinyan fikirlərini tamamlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.