Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Polis Akademiyasında yeni tədris korpusu və yataqxana kompleksi istifadəyə verilib

Orkhan Ali 21 Oktyabr 2024 - 11:30 (Last updated: 21 May 2025 - 20:15)
d6bea597-b302-3ca0-9101-35dbf80c73c0_850

Polis Akademiyasında yeni tədris korpusu və yataqxana kompleksi istifadəyə verilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, akademiyanın yeni inşa olunmuş 1500 nəfərlik yeni tədris korpusu və yataqxana kompleksinin artıq kursantların istifadəsinə verilməsi Ali Baş Komandanın hərtərəfli diqqətinin əyani təzahürüdür.

Polis Akademiyasında təhsil alan kursantlar hüquqi biliklərlə yanaşı kriminalistik tədqiqatlar, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları, habelə insan hüquqlarının təminatı, məntiq və yeni dövrün çağırışları ilə səsləşən ixtisaslar üzrə elmi-nəzəri praktiki biliklər qazanırlar.

Müasir texniki və sinxron tərcümə avadanlıqları ilə təchiz edilmiş konfrans zalları beynəlxalq və respublika səviyyəli elmi-praktiki müzakirələrin aparılması, multimedia sistemi və dərslərin operativ təhlilinə imkan verən audio-video nəzarət vasitələri ilə təchiz olunmuş mühazirə zalları isə interaktiv üsullarla dərslərin keyfiyyətinin yüksəldilməsi və təhsilalanların fənnə olan marağının artırılması üçün nəzərdə tutulub.

Akademiyada informasiya təhlükəsizliyi sahəsində xüsusi biliklərə yiyələnmək üçün geniş imkanlar yaradılıb. Burada təhsilalanlar xüsusi laboratoriyalarda kiberhücumlara qarşı dayanıqlılığın artırılmasının effektiv yollarını araşdırır, şəbəkə təhlükəsizliyi və məlumatların qorunması üsullarını peşəkar müəllimlərin köməyi ilə dərindən mənimsəyirlər.

Qapalı və interaktiv atıcılıq tirində tapançadan atəş üçün 25 metrlik hədəf sistemləri, 12 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, elektron hədəf və monitorlar, eləcə də zəruri kommunikasiya qurğuları ilə təchiz edilib.

Kursantlarda güc, çeviklik və dözümlülüyün inkişaf etdirilməsi məqsədilə hər bir yataqxananın və tədris korpusunun kürsülərində müasir avadanlıqlarla təchiz edilmiş idman zalları mövcuddur.

Post navigation

Previous: “Ayaks” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq
Next: Moldovada prezident seçkisinin ikinci turu keçiriləcək

Oxşar xəbərlər

Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56

xƏBƏR

teyyare qeza
  • Dünya

ABŞ-da təyyarə qəzası – Milyonçu, arvadı və azyaşlı uşaqları öldü

User 03 Noyabr 2026 - 09:50
Texnologiya sahəsində fəaliyyət göstərən sahibkar və multimilyonçu Adam Robinson həyat yoldaşı və uşaqları ilə birlikdə ABŞ-ın Florida...
Read more about ABŞ-da təyyarə qəzası – Milyonçu, arvadı və azyaşlı uşaqları öldü
Rusiya-Ukrayna danışıqları 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək rus-ukr-danisiq
  • Dünya

Rusiya-Ukrayna danışıqları 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək

User 03 Noyabr 2026 - 09:30
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 03 Noyabr 2026 - 09:24
İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar” Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.