Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək- Nazirlikdən açıqlama

2019-cu ilin fevral ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə 17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən sərəncam imzalanıb.

Sərəncamın icrası ilə əlaqədar 25 dekabr 2019-cu il tarixində saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir