Qonşu ölkədə cadugərlərə yeməkdən daha çox pul xərcləyirlər

Ruslar cadugərlərə yeməkdən daha çox pul xərcləyirlər.

Azpost “Economist” teleqram kanalına istinadən bildirir ki, 2024-cü ildə cadu üçün edilən xərclər 2,4 trilyon rubla çataraq, ərzaq xərclərini (2 trilyon rubl) ötüb.

Ölkədə ezoterizmin populyarlığı artır. Rusların 60 faizi  ən azı bir dəfə cadugərə, falçıya müraciət edib, 25 faiz isə onların effektivliyinə inanır.

Tələbin zirvəsində xidmətləri 4 min rubldan 25 min rubla qədər olan Sibir şamanları var.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.