AZAL-dan təyyarə qəzası ilə bağlı –AÇIQLAMA - VİDEO

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Bu barədə AZAL-dan verilən açıqlamada deyilir.

İlkin məlumata görə, təyyarədə 105 sərnişin, 5 ekipaj üzvü olub.

İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.