Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Əsgərlikdən saxlatdırma”ya görə vəzifəli şəxs həbs olundu

Orkhan Ali 29 Dekabr 2024 - 22:51 (Last updated: 21 May 2025 - 20:15)
həbsxana

həbsxana

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olmuş Yunisov Turab Nazim oğlunun qanunsuz əməlləri barədə həmin dövlət qurumundan daxil olmuş məlumat üzrə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

AzPost xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, istintaqla Turab Nazim oğlu Yunisovun Dövlət Xidmətinin Siyəzən, Saatlı və İsmayıllı rayon şöbələrində müxtəlif vəzifələrdə hərbi qulluqçu qismində işləyərkən tanışı Səxavət Abas oğlu İbrahimov ilə qabaqcadan əlbir olub öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə işə düzəltmə, hərbi xidmətdən möhlət verilməsi və digər adlarla ayrı-ayrı şəxslərə məxsus pul vəsaitlərini külli miqdarda ziyan vurmaqla ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Turab Yunisov və Səxavət İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Post navigation

Previous: Qəzaya uğrayan təyyarənin “qara qutu”ları Braziliyaya göndəriləcək
Next: Bakıda binanın zirzəmisindən asılmış meyit tapıldı

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.