Tiktoker “Nurdan” həbs edildi

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan “Nurdan” ləqəbli Nurdan Yusifova həbs edilib.

AzPost Lent.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə xanım tiktoker barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Nurdan Yusifovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.