Çəkisi 6 kq-dan çox olan uşaq doğulub

Qazaxıstanın cənubunda çəkisi 6 kq-dan çox olan uşaq dünyaya gəlib.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Jambıl vilayətinin sakini Aygerim Tukeyeva ilk dəfə ana olub, həkimlər uşağın çəkisi ilə əlaqədar uğurlu qeysəriyyə əməliyyatı aparıblar. Dünya təcrübəsində belə körpələr nəhəng adlanırlar”, – nazirlikdən bildirilib.

Qeyd olunub ki, körpə və ana özlərini yaxşı hiss edir və doğum evindən çıxmağa hazırlaşırlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.