Bakının Nəsimi rayonunda polis əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 1280 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qurbanova və 18 yaşlı N.Süleymanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.