Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Sənədsiz evlərlə bağlı qərar nə vaxt veriləcək?

Orkhan Ali 17 Yanvar 2025 - 19:29 (Last updated: 21 May 2025 - 20:15)
Bakıda sənədsiz evlərlə

sənədsiz evlərlə

“Bakıda sənədsiz evlərin sayı çoxdur, bu rəqəm yüzminlərlə ölçülür”. Bəs sənədsiz evlərlə bağlı qərar nə vaxt veriləcək?
AzPost xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə sənədsiz evlərin sənədləşməsi ilə bağlı qərarın gecikməsi səbəblərindən danışarkən deyib.
Ekspert bildirib ki, bu məsələ bütün aidiyyatı qurumlar ilə razılaşdırılmalıdır:
“Hökumət sənədsiz evlərlə bağlı bütün qurumlarla razılaşdırıb, ölçüb-biçiləndən sonra qərara gəlmək istəyir. Məndə olan məlumata görə, proses başa çatmaq üzrədir. Mərhələlərlə problemin həlli istiqamətində addımların atıldığını görürsünüz. Torpaqların katiqoriyasının dəyişdirilməsi ilə bağlı olan fərman da bu kimi məsələlərin həllinə yönəlib. Elə torpaq sahələri var idi ki, kənd təsərrüfatı təyinatlı idi, onların üzərində evlər inşa olunmuşdu. Artıq vətəndaşlar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməklə torpaqların təyinatının dəyişdirilməsi ilə evlərinə çıxarışlar ala bilir. Yəni, bu məsələ həll olunub”.
Ekspert bunun bir xeyli fərdi yaşayış evinin sənədləşməsinə yol açıdığını qeyd edib:
“Digər məsələlər var ki, onlara kompleks yanaşılmalıdır. Elə ərazilər var ki, yüksək gərginlik, yüksək təzyiqli qaz və su xətlərinin üzərində yerləşir. Elə sahələr var ki, orada uzun müddət neft hasil olunurdu. Hətta bəziləri buruqların düz içərisində yerləşirdi. Sənədsiz evlərlə bağlı qərar vermək məsuliyyət tələb edir”.
Ramil Qasımzadə həmin ərazilərdə milyonlarla manatdan söhbət getdiyini xatırladıb:
“Çünkü həmin xətlərin dəyişdirilməsi, yaxud da sökülüb kompensasiya verməklə, digər yerlərdə əvəzlənməsi və s. var. Heç bir kommunikasiyaya mane törətməyən evlərin çıxarışla təminatı yaxın vaxtlarda, bəlkə də ilin birinci rübündə qərar verilə bilər. Bununla bağlı qərar olacaq, amma kommunikasiyaya mane törədən evlərlə bağlı hökumətin müvafiq qərarı olacaq”.
Xatırladaq ki, bir müddət öncə Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu məsələyə toxunmuşdu.

Deputat bildirmişdi ki, evlər sənədləşdirilsə, o bələdiyyəyə vergi verəcək. Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Torpaqların kateqoriyalılığı problemi var. Bir torpağın kateqoriyasının dəyişməsinə 6 nazirlikdən icazə alınmalıdır. Buna görə insanlar torpaqlardan istifadə edə bilmir.

Post navigation

Previous: Tramp Çin sədri ilə “TikTok”u müzakirə edib –
Next: ABŞ səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
Şəhər həyatından yorulan insanların psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün şəhərdən kənara, təbiət qoynuna çıxmaq faydalıdır. Belə istirahətin bütün...
Read more about Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.