Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş etdi

təyyarə

Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib.

“Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

AzPost xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aerportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Moskvadan uçan Boeing 737-800 təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib.

Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.

Dekabrın 27-də də Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yaymışdı.
Məlumata görə, məcburi enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.