Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycanda yeni Konstitusiya qəbul ediləcək

Orkhan Ali 23 Yanvar 2025 - 11:54 (Last updated: 21 May 2025 - 20:15)
konstitusiya

konstitusiya

“Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələrin təşkil ediləcək.

AzPost apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O bildirib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var:

“Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu, artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”.

Qeyd edək ki, sonuncu dəfə 18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzalanıb.  Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif olunub.

Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilib.

Ümumilikdə konstitusiyanın 29 maddəsində dəyişiklik edildi. Referendumda qəbul edilən əsas dəyişikliklər:

  • Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması.
  • Azərbaycan prezidenti seçilmək üçün yaş məhdudiyyətinin 35 yaşdan 18 yaşa düşürülməsi.
  • Birinci vitse-prezident və vitse-prezident vəzifələrinin yaradılması.
  • Prezidentin öz vəzifəsini vaxtından əvvəl tərk etməsi halında, yeni dövlət başçısı seçilənədək onun səlahiyyətlərinin birinci vitse-prezident tərəfindən icra edilməsi.
  • Prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərini elan etmək hüququnun verilməsi.
  • Milli Məclisə üzv seçilmək üçün yaş məhdudiyyətinin 25 yaşdan 18 yaşa düşürülməsi.

Post navigation

Previous: “Vəsf elə məni, Şair” deyən gözəl “Şəms”-
Next: Pensiyalar 14.3 faiz, yoxsa 8 faiz artırlır? –

Oxşar xəbərlər

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05

xƏBƏR

payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Payız gələndə ağacların yaşıl yarpaqları sarı, narıncı və qırmızı rənglərə boyanır. Bəzən eyni ağacın budaqlarında müxtəlif rəngli...
Read more about Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.