İstanbulda mikroavtobus aşıb, yaralılar var. İstanbulda xidməti mikroavtobus aşıb.
AzPost bildirir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, İstanbulun Tuzla rayonunda baş verən qəzada 3-ü ağır olmaqla 16 sərnişin xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürmə qrupları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Xatırladaq ki, Qazaxıstanın şərqində çovğun zamanı avtobus aşıb.
“Sputnik Qazaxıstan” bildirir ki, hadisə Abay vilayətində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abay rayonu, Ayagöz rayonunda güclü külək nəticəsində sərnişin avtobusu aşıb.
Hadisə respublika əhəmiyyətli Qaraqanda-Ayagöz-Boğaz yolunun 736-cı kilometrliyində baş verib.
Hadisə yerinə təcili olaraq Ayagöz rayon Fövqəladə Hallar İdarəsinin və Müdafiə Nazirliyinin 15701 saylı hərbi hissəsinin əməkdaşları cəlb edilib. Qəza zamanı avtobusda olaraq yüngül xəsarət almış 10 sərnişini təxliyə edilib.