Fələstinin HƏMAS hərəkatı fələstinlilərin anklavın şimalına qayıtmasına hələ də icazə verilmədiyi bildirin. Belə bir vaxtda Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində mümkün pozuntulara görə məsuliyyəti İsrail iqtidarının üzərinə qoyub.
“Report” xəbər verir ki, müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc edilib.
“Düşmən razılaşmanın bəzi bəndlərinin həyata keçirilməsində ləngiyir. Xüsusilə də Ər-Rəşid oxu boyunca (Qəzzanın cənub-qərbində dəniz sahili boyunca uzanır – red.) məcburi köçkünlərin anklavın cənubundan şimala qayıtmasına icazə vermir. Bu baxımdan HƏMAS razılaşmanın pozulmasına və onun nəticələrinə görə məsuliyyəti İsrailin üzərinə qoyur”, – sənəddə qeyd olunub.
Qeyd edək ki, yanvarın 19-da İsrail iqtidarı atəşkəs rejiminin tətbiq olunduğunu elan edib və HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində üç israilli girovun əvəzinə 90 fələstinli məhbusu azad edib. Daha sonra Qəzza zolağında saxlanılan dörd israilli qadın girovun yəhudi dövlətinə təhvil verilib verib. Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbus azad edilib.
Xatırladaq ki, yanvarın 15-də HƏMAS (İslam Müqavimət Hərəkatı) ilə İsrail arasında ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə atəşkəsə dair razılıq əldə edilib.
Qətərin xarici işlər naziri Məhəmməd Ben Abdel Rəhman ben Casim əl-Tani razılaşma imzalanandan sonra bildirib. Onun ölkəsi, Misir və ABŞ atəşkəsin yerinə yetirilməsinə birgə nəzarət edəcək. Onun sözlərinə görə, birinci mərhələ başa çatdıqdan sonra ikinci və üçüncünün detalları açıqlanacaq. “Biz tərəflərin razılaşmanın üç mərhələsini tamamilə icra etməsini istəyirik”.