Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Trampdan daha bir qadağa

Orkhan Ali 29 Yanvar 2025 - 10:04 (Last updated: 21 May 2025 - 20:15)
Trampdan qadağa

Trampdan qadağa

ABŞ-də 19 yaşına çatmayan şəxslərin cinsiyyəti dəyişdirməklə bağlı əməliyyat olunması qadağan edilib.

“Qafqazinfo” Ağ Evə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb.

Sənədə əsasən, cinsi hormon blokatorlarından istifadə də qadağan olunub.

Qeyd olunub ki, burada “uşaq” və yaxud “uşaqlar” termini 19 yaşına qədər olan şəxsləri nəzərdə tutulur.

Xatırladaq ki, Donald Tramp andiçmə mərasimi zamanı bildirmişdi ki,

onun administrasiyası öz fəaliyyəti dövründə ölkədə yalnız iki – kişi və qadın cinsinin tanındığı siyasət yürüdəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ ordusu ilə bağlı dörd fərman imzaladığını açıqlayıb. Bu sərəncamlarda Tramp söz verdiyi kimi orduya silahlı qüvvələrdə DEI (Diversitet, equity, inclusion) siyasətinə son qoymağı, həmçinin bundan sonra yalnız iki bioloji cinsi tanımağı əmr edir. Tramp jurnalistlərə Vaşinqtondan Floridadakı mülkünə gedərkən təyyarədə fərmanların imzalanması barədə danışıb.

“Reuters”in məlumatına görə, hərbçilərin gender fərmanında bildirilir ki, ərizəçinin bioloji cinsindən başqa cinsə mənsubiyyətlə bağlı “yalan” iddialar indi hərbi xidmət qaydalarına zidd hesab edilir.

Tramp artıq bəyan edib ki, bundan sonra ABŞ Ordusu yalnız iki cinsi tanıyacaq: kişi və qadın. Başqa bir fərman, Covid-ə qarşı peyvənd olunmaqdan imtina etdiyinə görə işdən çıxarılan hərbi qulluqçuların reabilitasiyasına aiddir.

Bundan əlavə, Donald Tramp adını İsraildən götürdüyü “Amerika Dəmir Qübbəsi” hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sərəncam imzalayıb.

“Reuters” xəbər verir ki, Tramp yeni müdafiə naziri Pit Heqsetə gender müxtəlifliyini qadağan edən sərəncamı yerinə yetirmək üçün 60 gün vaxt verir.

Post navigation

Previous: İlham Əliyev səs verdi
Next: Ukrayna Rusiyanın nüvə obyektinə PUA hucumu edib

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.