ABŞ və Rusiya üç mərhələli sülh planı hazırlayır
Rusiya və ABŞ atəşkəs, Ukraynada seçkilər və daha sonra yekun razılaşmanın imzalanmasını əhatə edən üç mərhələli sülh planı təklif edir.
AzPost bildirir ki, bu barədə Fox News diplomatik mənbələrə istinadən məlumat yayıb.
Həmçinin bildirilir ki, Ukraynada seçkilərin keçirilməsi şərti həll prosesinin uğurlu olması üçün əsas şərtlərdən biri hesab olunur.
Bundan əlavə, Putin və Tramp Zelenskinin yenidən seçilmək şansını “aşağı” hesab edirlər.