“Tramp Ukraynadakı müharibəni ədalətli şəkildə bitirmək istəyir” –Dövlət katibi

“Tramp Ukraynadakı müharibəni ədalətli şəkildə bitirmək istəyir” 

“Prezident Tramp Ukraynadakı müharibəni ədalətli şəkildə bitirmək və 2-3 ildən sonra onun bərpasına imkan verməmək istəyir”.

AzPost bildirir ki, bu sözləri ABŞ dövlət katibi Rubio Səudiyyədə danışıqlardan sonra bildirib.

O, həmçinin bəyan edib ki, Avropa İttifaqı  Rusiyaya hansısa vaxtda danışıqlar masası arxasında olmalıdır.

Assoşeytd Press“in məlumatına görə, Rubio bildirib ki, Rusiya və ABŞ Vaşinqton və Moskvadakı səfirlik işçilərinin əvvəlki sayını bərpa etmək barədə razılığa gəliblər.

Dövlət Departamentinin Səudiyyə Ərəbistanında görüşündən sonra verdiyi açıqlamada deyilir ki, Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki “qıcıqlandırıcıları” aradan qaldırmaq üçün məsləhətləşmə mexanizmi yaratmaq barədə razılığa gəliblər.

 

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında ABŞ-Rusiya dialoqu başlayıb.

AzPost bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

ABŞ-ı Dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov və prezident Putinin köməkçisi Yuri Uşakov təmsil edir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.