Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Sakit Okeanının dərinliklərində gözlənilməz kəşf: “Gizli bir kosmik hadisəyə işarə edir”

Orkhan Ali 19 Fevral 2025 - 22:35 (Last updated: 21 May 2025 - 20:15)
f3f022d93226ed2f74aabdc8cef71966_1

Alimlər Sakit okeanının dərinliklərində milyonlarla il əvvələ aid qeyri-adi bir izotop toplanması aşkarlayıblar.

Qaynarinfo xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan bu araşdırma, dünyanın geoloji inkişafı barədə mühüm ipucları verə bilər.

Okeanın dibində yüksək səviyyədə “berilium-10” tapıldı

Beynəlxalq alimlər qrupu Sakit okeandan götürdükləri nümunələrdə gözlənilməz dərəcədə yüksək səviyyədə nadir radiasiya izotopu olan berilium-10 aşkar edib. Tədqiqatçılar bu izotopun qeyri-adi dərəcədə çox olmasının təxminən 10 milyon il əvvəl kosmosdan gələn güclü bir radiasiya partlayışının nəticəsi ola biləcəyini düşünürlər.

Berilium-10 kosmik şüaların Yer atmosferində oksigen və azot molekulları ilə toqquşması nəticəsində yaranır və yağış vasitəsilə yerə düşərək dəniz dibində yığılır. Alimlər 10 milyon il əvvələ aid dəniz çöküntülərini araşdırarkən bu izotopun səviyyəsinin gözlənilənin təxminən ikiqatı olduğunu müəyyən ediblər.

Berilium-10-un yarımparçalanma müddəti, yəni onun atomlarının yarısının başqa elementlərə çevrilməsi üçün tələb olunan vaxt, təxminən 1,4 milyon ildir. Bu xüsusiyyət, bu izotopun yerin geoloji tarixini müəyyən etmək üçün istifadə oluna biləcəyini göstərir.

“İndiyə qədər rast gəlinməmiş bir anomaliya ilə qarşılaşdıq”

Almaniyanın Helmholtz-Zentrum Dresden-Rossendorf institutundan Dr. Dominik Koll “Daily Mail” nəşrinə verdiyi açıqlamada bu kəşfin əvvəllər məlum olmayan bir anomaliya ilə bağlı olduğunu bildirib. Alimlərin sözlərinə görə, bu qeyri-adi izotop səviyyələri Sakit okeanının müxtəlif nöqtələrindən götürülən nümunələrdə də müşahidə olunub.

Tədqiqatçılar nümunələri analiz etmək üçün “Hızlandırılmış Kütlə Spektrometriyası” adlı son dərəcə həssas bir üsuldan istifadə ediblər. Bu texnika izotopların analizi və radiasiya səviyyələrinin ölçülməsi üçün tətbiq olunur.

Bu fenomen iki fərqli şəkildə izah edilə bilər

Alimlər bu qeyri-adi izotop səviyyəsinin iki mümkün səbəbdən qaynaqlandığını düşünürlər: biri dünyaya aid, digəri isə kosmik mənşəlidir.

Dünya mənşəli izah: 10-12 milyon il əvvəl Antarktika ətrafındakı okean cərəyanlarında baş verən ani dəyişikliklər berilium-10-un qeyri-bərabər paylanmasına səbəb ola bilərdi. Bu halda izotop müəyyən bölgələrdə, xüsusilə də Sakit okeanında normadan daha çox toplanmış ola bilər.

Kosmik mənşəli izah: Daha qeyri-adi olan bu nəzəriyyəyə görə, Yer kürəsi 10 milyon il əvvəl güclü bir kosmik radiasiya partlayışına məruz qalmış ola bilər. Bu, yaxınlıqda baş verən bir supernova (ulduz partlayışı) və ya planetimizin ulduzlararası qaz və toz buludlarının içindən keçməsi ilə əlaqədar ola bilər. Belə bir hadisə, Yeri qoruyan heliosfer adlı Günəş qalxanının müvəqqəti zəifləməsinə səbəb ola bilərdi.

Gələcək araşdırmalar kəşfi təsdiqləyə bilər

Dr. Koll və onun komandası gələcəkdə daha çox nümunəni analiz etməyi və digər tədqiqat qruplarının da bu sahədə araşdırmalar aparmasını gözlədiklərini bildiriblər. Əgər bu anomaliyanın dünya miqyasında təsdiqlənməsi mümkün olarsa, elm adamları Yer kürəsinin geoloji və kosmik tarixini daha yaxşı anlamaq üçün yeni bir vasitə əldə edə bilərlər.

“Əgər bu berilium-10 artımı bütün dünyada təsdiqlənərsə, bu, geoloji və astrofiziki tədqiqatlarda əhəmiyyətli bir dönüş nöqtəsi ola bilər”, deyə Dr. Koll əlavə edib.

Post navigation

Previous: Prezident İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib
Next: “Zelenskini diktator adlandırmaq yanlış və təhlükəlidir” –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50
Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada müharibənin yaxın aylarda başa çata biləcəyini bildirib. Onun sözlərinə görə, münaqişənin bütün...
Read more about “Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko
Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı peskov
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41
Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq? Tramp
  • Dünya

Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq?

User 03 Noyabr 2026 - 14:24
Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.