Un istehsalçıları qiymətləri yenidən qaldırdılar

Un
Un

Fevralın 17-nə qeydə alınan hesabata görə, Azərbaycanda bir çox un istehsalçıları unun qiymətini qaldırıb.

Teleqraf Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,8 manat olmaqla Şabran rayonunda faəliyyət göstərən “Dəvəçi-Dəyirman” MMC və “Dəvəçi Taxıl” MMC-də qeydə alınıb. Ən yüksək topdansatış qiyməti isə 28,20 manat olmaqla Tovuz şəhərindəki “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-yə məxsusdur.

Qeyd edək ki, ‘Dəvəçi Taxıl” MMC qiyməti 0,80 qəpik qaldırıb. “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-in qiymətində isə bir dəyişiklik olmayıb.

 

Digər sahibkarların satışa çıxardığı unun qiymətini 0,15-0,30 qəpik artırdığı müşahidə olunub.

Xatırladaq ki, fevralın 10-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26-28,2 manat civarında idi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.