Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Balaxanıda Zibil zavodu 250 milyon manat zərərlə işləyib –

User 21 Fevral 2025 - 15:30 (Last updated: 21 May 2025 - 20:15)
zibil zavodu esas

Balaxanıda Zibil zavodu 250 milyon manat zərərlə işləyib

Balaxanıda yerləşən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun xərcləri gəlirindən üç dəfə çox olub.

AzPost bildirir ki, bu barədə Hesablama Palatasının 2021-2023-cü illərdə “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinə dair” auditində deyilir.

Belə ki, 11 il ərzində zavodun xərci 363 milyon 271 min 700, gəliri isə 120 milyon 755 min 300 manat təşkil edib. Hesablama Palatası qeyd edib ki, xərclərin daxilolmaları dəfələrlə üstələməsi bu layihənin iqtisadi cəhətdən səmərəsiz olduğunu göstərir.

“Balaxanı Bərk məişət tullantılarının yandırılması zavodunun 2013-2023-cü illərdəki fəaliyyəti müddətində yaranan (“Təmiz Şəhər” vasitəsi ilə) 363 271,7 min manatlıq xərclərinin 120 755,3 min manatlıq daxilolmalarını 3 dəfə üstələməsi layihənin iqtisadi cəhətdən səmərəli və nəticəli olmadığını göstərib”-deyə hesabatda bildirilir.

Hesabatda deyilir ki, “Təmiz Şəhər” tərəfindən tullantıların çeşidlənməsindən alınan təkrar istifadə materiallarından idarəedicisi olan Balaxanı Sənaye Parkının 2021-ci və 2022-ci illərdə yalnız 1, 2023-cü ildə isə yalnız 3 rezidenti üzrə olmaqla ümumilikdə 2 140,9 ton təkrar istifadə materialları (PET, tullantı qida yağı, polietilen) satılıb ki, bu da təkrar istifadə materiallarının satışının ümumi miqdarına və əldə olunan ümumi vəsaitlərə nisbətdə, müvafiq olaraq 2021-ci ildə 13,9% və 20,4%, 2022-ci ildə 8,3% və 12,2%, 2023-cü ildə 8,5% və 12,7% təşkil etməklə Balaxanı Sənaye Parkının idarəedilməsinin səmərəliləşdirilməli olan tərəflərini göstərib.

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı” çərçivəsində inşa olunub. 2006-cı ildə təməli qoyulan bu zavodun açılışı 2012-ci ilin dekabrında olub.

Post navigation

Previous: Qarlı havada 55 nəfər xəsarət alıb
Next: Əmək pensiyalarının təyin edilməsi ilə bağlı qaydalarda dəyişiklik

Oxşar xəbərlər

budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
ilham ceb01
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR / FOTO

User 06 Noyabr 2026 - 12:45
azer felstin
  • Baş Yazı

Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi

User 06 Noyabr 2026 - 11:29

xƏBƏR

tramp aq ev
  • Dünya

ABŞ-ın 3 əsas şəhərində hakimiyyət solçulara keçdi – Tramp üçün təhlükə artır

User 06 Noyabr 2026 - 16:42
Aralıq seçkilərindən sonra ABŞ-da Demokratlar Partiyasının sol qanadının mövqeləri güclənib. İndi ölkənin üç ən böyük siyasi və...
Read more about ABŞ-ın 3 əsas şəhərində hakimiyyət solçulara keçdi – Tramp üçün təhlükə artır
ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib adsea04
  • Sosial

ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib

User 06 Noyabr 2026 - 16:34
ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır abs gemi
  • Dünya

ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır

User 06 Noyabr 2026 - 16:26
Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05
Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir Boşanma
  • Sosial

Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir

User 06 Noyabr 2026 - 14:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.