Ukraynada hərbi əməliyyat yalnız Rusiyanı qane edəcək nəticə olduqda dayandırılacaq.
AzPost bildirir ki, bu barədə Türkiyədə səfərdə olan XİN başçısı Lavrov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Rusiya həm Ukrayna, həm də Avropa ilə danışıqlara hazırdır: “Lakin hərbi əməliyyatlar yalnız nəticə Rusiyanı qane edəcək halda dayandırılacaq”.